Rusiya Futbol İttifaqının (RFS) prezidenti vəzifəsinə namizəd qəbulu başa çatıb.
Sportnet.az-ın məlumatına görə, Vitali Mutkonun gedişindən sonra vakant posta yalnız "Zenit"in Direktorlar Şurasının sədri Aleksandr Dükovun namizədliyi irəli sürülüb. Onu RFS-ə daxil olan müxtəlif regional federasiyalarla yanaşı, Premyer Liqa klubları da dəstəkləyib. Beləliklə, fevralın 22-nə təyin olunmuş seçki alternativsiz keçiriləcək və formal xarakter daşıyacaq.
Qeyd edək ki, Vitali Mutkonun RFS prezidenti vəzifəsindən istefası dekabrın 19-da açıqlanıb. Hazırda bu vəzifədə müvəqqəti olaraq, Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin çalışır.