
İngiltərənin "Mançester Yunayted" futbol klubunun sabiq baş məşqçisi Aleks Ferqyuson hazırda komandaya rəhbərlik edən Ule Qunnar Sulşerə köməklik göstərir.
Sportnet.az "Daily Mail"ə istinadən xəbər verir ki, 77 yaşlı mütəxəssis norveçli baş məşqçiyə oyunlar üçün komandanın heyətinin qurulmasında yardımçı olur.
Daha öncə mətbuatda Ferqyusonun "Mançester Yunayted"də Şulşerin məsləhətçisi olacağı yazılsa da, çoxları bunun formal xarakter daşıyacağını düşünüb.
Qeyd edək ki, Aleks Ferqyuson 1986 – 2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub. Ferqyuson bu müddət ərzində komanda ilə 38 titul qazanıb.