İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Qabrirel Jezus dirəklə toqquşub.
Sportnet.az xəbər verir ki, hadisə Premyer Liqanın XXII turunda "Vulverhempton"la ev oyunu zamamı baş verib. 22 yaşlı hücumçu başından zərbə alsa da, oyuna davam edib. Lakin o, 76-cı dəqiqədə əvəzlənməli olub.
Qeyd edək ki, qarşılaşma "Mançester Siti"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın iki qoluna Qabriel Jezus imza atıb.
— Drafts 2.0 (@drafts_2) 14. Januar 2019