UEFA 2017-ci ildə televiziya gəlirlərindən ən çox qazanc əldə edən klubların adlarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, "10-luq"da qərarlaşan komandaların 9-u İngiltərə Premyer Liqasında çıxış edənlərdir.
İlk iki pillədə 181 milyon avro ilə "Çelsi" və "Mançester Siti" komandaları qərarlaşıb. Bu klublardan 1 milyon avro az gəlir əldə edən "Mançester Yunayted" isə üçüncüdür.
Yalnız İspaniya "Barselona"sı 154 milyon avro gəlirlə ilk "10-luğ"a düşə bilib. Kataloniya təmsilçisi siyahıda 7-cı sıradadır.
İlk "20-lik"də də İngiltərə klublarının hegemonluğu əksini tapıb. Bu siyahıya "Barselona"dan başqa İtaliya "Yuventus"u və İspaniya "Real Madrid"i düşə bilib. Madrid təmsilçisi 142 milyon avro ilə 12-ci, Turin klubu isə 122 milyon avro ilə 20-ci yerdədir.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının ortabab klubları olan "Everton", "Sauthempton" və "Bornmut"un televiziya gəlirləri "Yuventus" və "Real Madrid"dən daha çox olub.
İlk 10-luq.
1. "Çelsi" - 181 milyon avro
2. "Mançester Siti" - 181 milyon avro
3. "Mançester Yunayted" - 180 milyon avro
4. "Liverpul" - 179 milyon avro
5. "Tottenhem" - 176 milyon avro
6. "Arsenal" - 167 milyon avro
7. "Barselona" - 154 milyon avro
8. "Everton" - 153 milyon avro
9. "Sauthempton" - 151 milyon avro
10. "Bornmut" - 144 milyon avro