"Ümumən, maraqlı oyun alındı. Hər iki komanda sakit və yaxşı oyun göstərdi".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsində Çexiya "Bohemians"ını 3:1 hesabı ilə yendikləri yoxlama oyunundan sonra deyib. 47 yaşlı mütəxəssisin sözlərinə görə, belə oyunlarda hesab önəmlidir: "Lakin bundan da vacibi bəzi detallardır ki, meydanda görmək istəyirdim və demək olar ki, gördüm. Hesabda 0:1 hesabı ilə geri düşsək də, komanda oyun nizam-intizamını qoruyub saxladı və matçı qələbə ilə yekunlaşdırdı. İlk oyuna nəzərən bu qarşılaşma daha dinamik alındı və səhvlərimiz az oldu. Komandamdan razı qaldım".
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Macarıstan "Uypeşt"inə uduzub - 0:1.