İngitərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salahın sosial şəbəkələrdən ayrıldığını açıqladıqdan 3 gün sonra "Twitter"ə qayıdıb.
Sportnet.az-ın məlumatına görə, misirli yarımmüdafiəçi əlində məşhur kuryer şirkətinin loqosu ilə bağlama fotosunu paylaşıb. Bunun reklam xarakteri daşıdığı güman olunur.
Salah yanvarın 22-də "Twitter"də "2019-cu ilin qərarı: Canlı görmək zamanı yetişdi" məlumatını yerləşdirib. Daha sonra o, "Twitter" və "Instagram"dakı qeydiyyat göstəricilərini silib.
Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"a 2017-ci ilin yayında İtaliya "Roma"sından 42 milyon avroya keçib. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 23 oyuna 16 qol vurub və 7 məhsuldar ötürmə verib.