Leonardu Jardim yenidən "Monako"nun baş məşqçi postuna qayıdıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 44 yaşlı mütəxəssis Tyerri Anrini əvəzləyib. O, daha əvvəl 2014-cü ildən tutduğu vəzifəni 2018-ci il oktyabrın 11-də tərk edib. Həm Jardim, həm də Anri uğursuz nəticələrlə əlaqədar kənarlaşdırılıblar.
Qeyd edək ki, 21 turdan sonra 15 xal yığan "Monako" Fransa çempionatında 19-cu pillədə qərarlaşıb. "Knyazlıq klubu" bu gün "Dijon"un qonağı olacaq.