
Uelsin "Kardiff" klubunun yeni transferi Emiliano Salanın olduğu xüsusi təyyarənin axtarışları başa çatıb.
Sportnet.az-ın məlumatına görə, xilasedicilər təyyarə göyərtəsindəkilərin meyitlərinin belə tapılma şanslarının praktik olaraq, qalmadığını bildiriblər. Bu isə təyyarə pilotu və hücumçunun sağ qalması ehtimallarını heçə endirir.
Lakin axtarışlar fərdi qaydada davam etdiriləcək. Bunun üçün 220 min funt vəsaitin toplandığı bildirilir. Pul yığımına Fransa PSJ-si və Almaniya "Bavariyasının xavbekləri Adrien Rabyo ilə Korenten Tolisso, İngiltərənin "Mançester Siti" komandasının yarımmüdafiəçisi İlkay Gündoğan, "Lester"in vingeri Demaray Qrey və "Nant"ın baş məşqçisi Vahid Halilhociç də qoşulub.
Məqsəd 260 min funt funt məbləğində lazımi vəsaiti toplamaqdır.
Qeyd edək ki, Emiliano Sala "Kardiff"lə müqavilə bağlamaq üçün Uelsə uçarkən yer aldığı şəxsi təyyarə radardan itib. O, "Nant"dan 20 milyon funt sterlinqə transfer olunmuşdu.