Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Sindzi Kaqava karyerasını Türkiyə "Beşiktaş"ında davam etdirəcək.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb. Yaponiyalı oyunçu "Monako"nun da hədəfində idi.
Qeyd edək ki, Sindzi Kaqava "Borussiya"da iki dəfə çıxış edib. O, 2012-ci ildə Almaniya çempionu və ölkə kubokunun qalibi olub. Lakin 2014-cü ildə bu komandaya qayıtdıqdan sonra Kaqava əsas heyətə düşməkdə çətinlik çəkib.