
Futbol üzrə Asiya Kubokunun qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, final matçında Yaponiya və Qətər yığma komandaları üz-üzə gəlib. 3:1 hesabı ilə qələbə qazanan Qətər yığması Asiya Kubokunun sahibi olub.
Qətərin futbolçusu Almoez Ali bu oyunda da fərqlənməklə yeni rekord müəyyənləşdirib. 23 yaşlı hücumçu Asiya Kubokunda 9-cu qolunu vurub və bir turnirdə ən çox fərqlənən oyunçu olub.
Qeyd edək ki, daha öncə İran yığmasının sabiq futbolçusu Ali Daei 1996-cı ildə keçirilmiş Asiya Kubokunda 8 dəfə fərqlənib.