Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirəcək. Sportnet.az-ın məlumatına görə, rəqib Bosniya və Herseqovina millisi olacaq.
Belçikanın Eysden şəhərindəki "Patro Eysden” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Oyunu irlandiyalı Rob Rocersin başçılığı altında irlandiyalı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, 10-cu qrupda yer alan millimiz əvvəlki oyunlarında Belçikaya 0:3 hesabı ilə uduzduğu halda, İsveçrəyə qalib gəlməyi bacarıb - 2:1. Hazırda qrupda 2-ci pillədə qərarlaşan yığmamıza növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də kifayət edir.