İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştian Ronaldunun 64 yaşlı anası Doloreş Aveyruya süd vəzisi xərçəngi diaqnozu qoyulub.
Sportnet.az-ın məlumatına görə, bu barədə Doloreşin özü Portuqaliya telekanallarından birinə müsahibəsində bildirib. O, İtaliyaya oğlunun 35 illiyi münasibətilə səfəri ərəfəsində səhhətində problemlərin olduğunu etiraf edib: "Məni Madriddə döşümdən əməliyyat etdilər, şüa terapiyasını keçdim və indi həyatım üçün mübarizə aparıram".
Nə vaxt əməliyyat olunduğuna dair təfərrüatları açıqlamayan etiraf edib ki, onun qohumlarından heç kim bunu bilmir.
Qeyd edək ki, Kriştianu Ronaldunun anası artıq 2007-ci ildə süd vəzisi xərçənginə qalib gəlib. Həmin vaxt onun şağ döşündəki şiş aradan qaldırılıb. Sonradan Doloreş Aveyru şüa terapiyası kursu keçib.