"Yuventus"un futbolçusu Kriştianu Ronaldu "Sassuolo"ya 3:0 hesabı ilə qalib gəldikləri İtaliya A Seriyasının XXIII tur matçında komanda yoldaşı Sami Xediranı nokauta salıb.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı hücumçunun endirdiyi zərbə almaniyalı yarımmüdafiəçinin sifətinə tuş gəlib. Nəticədə Xedira yerə sərilib.
Qeyd edək ki, "Yuventus"un 3:0 hesabı ilə qalib gəldiyi görüşdə həm Kriştianu Ronaldu, həm də Sami Xedira qol vurub.