İspaniyanın "Atletiko"(Madrid) klubu baş məşqçisi Dieqo Simeone ilə müqavilənin müdddətini uzadıb.
Sportnet.az klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə 2022-ci ilə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Argentinalı məşqçinin müqaviləsi 2020-ci ilin iyun ayına kimi mövcud idi.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"ya rəhbərlik edir. Komanda onun rəhbərliyi altında İspaniya çempionu, İspaniya Super Kuboku, iki dəfə Avropa Liqasını, iki dəfə isə UEFA Super Kubokunun qalibi olub.