
Türkiyənin "Göztepe" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az "Hurriyet"ə istinadən xəbər verir ki, İzmir təmsilçisi Tamer Tuna ilə razılıq əldə edib. 43 yaşlı mütəxəssislə imzalanacaq müqavilənin detalları hələlik bəlli deyil. Tuna bu postda Kemal Özdeşi əvəzləyib.
Qeyd edək ki, Tamer Tuna 2017-2018 mövsümündə də "Göztepe"yə rəhbərlik edib.