
Futbol üzrə İspaniya çempionatının IV Divizionunda keçirilmiş "Esija" - "Xeres" matçı zamanı meydana girən azarkeşlərin iştirakı ilə genişmiqyaslı insident yaşanıb.
Sportnet.az "Diario de Jerez"ə istinadən xəbər verir ki, qarşıdurma fanatlar və futbolçular arasında baş verib. Bildirilir ki, "Esija"nın bəzi oyunçuları görüş vaxtı azarkeşləri təxribata çəkib və onlara ədəbsiz jestlər göstəriblər.
Komandanın üzvlərindən Manu Martines və Karlos Freyle münaqişədə xəsarət alıb.
Qeyd edək ki, qarşılaşma qolsuz başa çatıb.