
AFFA Tovuzda Futbol Akademiyası yaradacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə milli assosiasiyanın baş katibi Elxan Məmmədov CBC Sport-un efirində yayımlanan Təkbətək" verilişində deyib. AFFA rəsmisi bunu Tovuzda uşaq futbolunun inkişafı üçün əlverişli şəraitin olması ilə əlaqələndirib. O, akademiyanın qurulması üçün müvafiq tapşırığın verildiyini və artıq iki məkanın seçildiyini əlavə edib.
Məsələnin AFFA-nın Konfransında qaldırılacağını deyən E.Məmmədov akademiyanı növbəti mövsümdən işə başlamasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.