
FIFA təyyarə qəzasında dünyasını dəyişən Emiliano Salanın transferi ilə bağlı şikayət aldığını təsdiqləyib.
Sportnet.az xəbər verir ki, qurum BBC-yə açıqlamasında Fransa "Nant"ının İngiltərə Premyer Liqasında çıxış edən Uelsin "Kardiff Siti" klubundan şikayət etdiyini bildirib. FIFA-nın hazırda bu məsələni nəzərdən keçirdiyi vurğulanıb.
İngiltərə mətbuatı daha əvvəl klubların yarımmüdafiəçinin ödənişi ilə bağlı razılığa gəldiyini yazıb.
Qeyd edək ki, Emiliano Sala “Kardiff Siti”yə qış transfer dövründə “Nant”dan 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Argentinalı oyunçu Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.