
Azərbaycan Premyer Liqasının XVIII turunda “Qarabağ”ın “Sabah”la (1:1) matçı Ağdam təmsilçisinin oyunçusu Reynaldo Silva üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində hesabı açan forvard ölkə çempionatlarında 882 gün sonra yenidən “Qarabağ” formasıyla fərqlənib.
Silva məhz 2016-cı ilin sentyabrın 25-də “Kəpəz”lə (1:1) səfər oyununda rəqib qapısını silkələyib.
Ümumilikdə isə, Reynaldonun son qolu 2016-cı ilin dekabrın 8-də Avropa Liqasında “Fiorentina”yla (1:2) matça təsadüf edib və bu qoldan da 807 gün sonra forvard yenidən rəqib qapısına yol tapıb.