İspaniya Kubokunda növbəti finalçının adı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu hüquqa ""Betis"i iki oyunun yekununda üstələyən "Valensiya" sahib çıxıb. İlk görüşdə 2:2 hesablı heç-heçə edən "yarasalar" "Mestalya" stadionundakı cavab qarşılaşmasında qalib gəlib - 1:0. Yeganə qolu 56-cı dəqiqədə Rodriqo vurub.
Beləliklə, mayın 25-də Sevilyadakı "Benito Vilyamarin" stadionunda keçiriləcək final görüşündə "Barselona" ilə "Valensiya" üz-üzə gələcək.