İran çempionatının növbəti turunun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Traktor Sazi" doğma meydanda "Sepahan" klubunu 2:0 hesabı liə məğlub edib. Stadiona gələn onminlərcə insan qarşılaşmanın gedişatında "Qarabağ bizimdir, bizim olacaq" şüarını səsləndirib.
Azarkeşlər bunu bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfərə zasmanı "Qarabağ Ermənistanındır" adlı şüara qarşı etdiklərini bildiriblər.