"Keşlə" klubunun sabiq məşqçisi Ramaz Svanadze Gürcüstanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sükanı arxasına keçib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Gürcüstan Futbol Federasiyası qərar qəbul edib. Svanadze bu təyinatadək Tbilisi "Dinamo"sunun məşqçisi idi. O, Azərbaycan klubunda 2015 - 2017-ci illərdə çalışıb.
"Keşlə"nin keçmiş müdafiəçisi Zurab Xizanişvili isə Gürcüstanın U-16 yığmasına baş məşqçi təyin olunub. Xizanişvili futbolçu karyerasını 2017-ci ildə məhz bu klubda başa vurub.