"Final fitindən sonra rahatlıq hiss edirdik. 10 futbolçu ilə çıxış etdiyimizdən, matçın sonlarına doğru çox yorulmuşduq. Bu, hiss olunurdu. Yaxşı ki, hesabı bərabərləşdirdik. Amma təəssüf ki, qələbə qazanmadıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Krılya Sovetov"un futbolçusu Ramil Şeydayev Moskvada "Lokomotiv"lə 2:2 hesablı heç-heçə etdikləri Rusiya Premyer Liqasının XVIII tur matçından sonra klubun rəsmi saytına müsahibəsində deyib. Komandasını məğlubiyyətdən xilas edən 23 yaşlı hücumçu bildirib ki, meydandan kənarlaşdırılma, vərəqələr və mübarizlik oyunu daha da gərgin edir: "Əlbəttə, oyunçumuzu qovmaqla, bizə mane olurlar. Fikrimcə, elə də ədalətli qərar deyildi. Əsas odur ki, dözdük və hər şey yaxşı qurtardı".
Şeydayev əzmkar heç-heçəyə xarakter hesabına nail olduqlarını da vurğulayıb. O, martın 9-da evdə "Yenisey"lə keçirəcəkləri XIX tur matçına daha yaxşı hazır olacaqlarını və qələbə qazanacaqlarını söyləyib: "İlk matç həmişə çətindir. Get-gedə artıracağıq".
Qeyd edək ki, Ramil Şeydayev "Krılya Sovetov"un ikinci qoluna 69-cu dəqiqədə imza atıb.