“Ötən tur evdə xal itrmişdik. Daha doğrusu, qələbə qazansaq da, qolumuz sayılmamışdı. Gənc hakimlər bir az daha diqqətli olsunlar. Onların səhvi bizi üç xaldan etdi”.
Sportnet.az-ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis matçı belə dəyərləndirib: "Bu gün qələbə qazanmaq istəyirdik. Nəticə çox da ürəkaçan olmadı. Bəzən rəqib səni müdafiə olunmağa məcbur edir. Biz gənc oyunçulara güvənirik. Yavaş-yavaş onlardan istədiyimizi alacağıq".
S.Qurbanov Rauf Əliyev və Voyislav Stankoviçin oynamamasını isə belə şərh edib: “Rauf bizim əsas oyunçularımızdandır. Bugünkü sistemə görə belə bir qərar verdik. Stankoviçi isə oyunöncəsi məşqdə zədələnməsi səbənindən heyətə daxil etmədik”.