Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Mahir Mədətov Yunanıstanın AEK Klubunun maraq dairəsinə düşüb.
Sportnet.az-ın yerli "Sport Time" nəşrinə istinadən verdiyi məlumata görə, "sarı-qaralar" 22 yaşlı hücumçu ilə qış transfer dövrünün sonlarında danışıqlar aparıblar.
Danışıqlar müsbət məcrada davam etsə də, Afina təmsilçisi məsələni yayadək təxirə salmağı qərara alıb. Lakin Mədətov yenə Yunanıstan çempionlarının diqqətindədir. AEK-in gənc forvardı yayda sıralarına qatacağı istisna olunmur. Bildirilir ki, azərbaycanlı futbolçu böyük ulduz sayılır və sol ayağı ilə dəhşətli oyun qabiliyyətinə malikdir. Onunla Türkiyənin "Beşiktaş" klubunun da maraqlandığı vurğulanır.
Qeyd edək ki, Mahir Mədətov bu mövsüm ümumilikdə 34 oyunda 7 qol və 4 məhsuldar ötürmə müəllifi olub. O, Avropa Liqasının qrup mərhələsindəki bütün görüşlərdə meydana çıxıb. Mədətov Azərbaycan millisində isə 12 oyuna 2 qol vurub.