Azərbaycana rəsmi səfəri başlayan Albaniya prezidenti İlir Meta Premyer Liqa klublarında çıxış edən həmyerliləri ilə görüşüb.
Sportnet.az xəbər verir ki, dövlət başçısı “Twitter” hesabında "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli və "Qəbələ"nin yarımmüdafiəçisi Sabien Lilayla fotolarını paylaşıb. Meta bunları yazıb: “Azərbaycandakı ən yaxşı səfirlərimizdən ikisi, tanınmış futbolçularımız Ansi Aqolli və Sabien Lilayı Bakıda ziyarət etmək xüsusi bir zövqdür”.
İlir Meta 2017-ci ildə də Bakıya gələn zaman bu futbolçularla görüşüb. Həmin vaxt Aqolli prezidentə “Qarabağ”ın formasını hədiyyə edib. Aqolli həmçinin ötən il Azərbaycanda olan Albaniyanın sabiq prezidenti Buyar Nişani ilə də görüşüb.