Keçmiş futbolçu Mayk Talassitis İngiltərənin Esseks qraflığında evinin yanındakı meşədən ölü tapılıb.
Sportnet.az "Mirror"a istinadən xəbər verir ki, Kiprin U-21 yığmasının sabiq hücumçusunun ölüm səbəbi bilinmir.
Talassidis İngiltərədə doğulub və bu ölkədə yaşayıb. O, İngiltərənin V Divizion klublarında çıxış edib. Kipr əsilli forvard idmanda yox, 2017-ci ildə "Məhəbbət adası" tanışlıq şousunda məşhurlaşıb. Şouda futbolçu "Yaramaz" rolunu canlandırıb. Onun belə xüsusiyyəti üzündən "İyrənc Mayk" ləqəbini alıb.