"Keşlə" bu gün səhər saatlarında məşqə çıxıb.
Sportnet.az xəbər verir ki, məşqdən sonra komanda üzvləri istirahətə buraxılıb. Paytaxt təmsilçisi hazırlığı martın 22-də bərpa edəcək.
"Keşlə" fasilədə yoxlama oyunu da keçirməyi planlaşdırır. Lakin rəqibin kimliyi və qarşılaşmanın keçiriləcəyi yer hələ ki, bəlli deyil.