Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun rəmzi komandası açıqlanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "InStat" şirkətinin təhlili əsasında "11-liy"ə "Zirə" və "Neftçi"dən 3, "Qarabağ"dan 2, "Keşlə", "Səbail" və "Sabah"dan hərəyə bir futbolçu düşüb.
Qapıçı: Kamal Bayramov ("Zirə") -2
Müdafiəçilər: Təmkin Xəlilzadə ("Sabah") - 4, Kiril Petrov ("Neftçi") - 5, Mamadu Mbodj ("Neftçi") - 2, Camir Əmirli ("Keşlə") - 3
Yarımmüdafiəçilər: Abdullah Zubir ("Qarabağ") - 6, Qoran Paratski ("Neftçi"), Simeon Slavçev ("Qarabağ") - 4, Bilal Həmdi ("Zirə") - 3
Hücumçular: Ağabala Ramazanov ("Səbail"), Xulio Sezar Rodriqez ("Zirə") -2
Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.