
PSJ-nin müdafiəçisi David Luis Liqa 1-in
cari turunda "Loryan"la görüşdə komandasına kömək edə bilməyəcək. Sportnet.az-ın Fransa
mətbuatına istinadən məlumatına görə, braziliyalı futbolçu sağlığında olan
problemlər səbəbindən Paris klubunun son məşqində iştirak etməyib.
Luislə
yanaşı, Zlatan İbrahimoviç və Qreqori van der Vil də meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Loryan" - PSJ matçı bu axşam Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.