
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan "Keşlə" komandası yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv "ASK Arena"da I Divizion təmsilçisi "Qaradağ Lökbatan”la qarşılaşıb. Görüş Premyer Liqa klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.
"Keşlə"nin qollarını Tərlan Quliyev, Amil Yunanov və Slavik Alxasov vurub.