
Azərbaycan Premyer Liqasının debütantı "Sabah" klubu heyətinə yeni legioner cəlb edib.
Sportnet.az-ın məlumatına görə, bu, Qananın U-23 yığmasının mərkəz hücumçusu Daniel Lomoteydir. 20 yaşlı forvard bu gün Region Liqasında çıxış edən "FC Baku" ilə yoxlama oyununda debüt edib. O, meydana start heyətdə 22 nömrəli forma ilə çıxıb və sonadək oynayıb.
Görüş isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Sabah"ın qolunu Rəşad Eyubov vurub. Baş məşqçi Elşad Əhmədov bu futbolçulara şans verib:
Tərlan Əhmədli, Kərim Diniyev (Elçin Əsədov), Filip İvanoviç (Eltun Turabov), Elgün Nəbiyev (Bəxtiyar Soltanov), Vanderson Silva (Novruz Məmmədov), Rəşad Eyubov, Coşqun Diniyev (Kamran Həsənov), Daniel Lomotey, Cavid İmamverdiyev (Reza Biqdelo), Erik Ramos (Məqsəd İsayev), Vadim Abdullayev (Marko Deviç).