
Madrid
"Real”ı və Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldonun
şərəfinə abidə qoyulacqaq. Sportnet.az-ın məlumatına görə, özünün də iştirak
edəcəyi təntənəli mərasim dekabrın 21-də futbolçuya doğma olan Funşal şəhərində
baş tutacaq.
Həmçinin
bölgə hökuməti 29 yaşlı idmançıya bölgənin və idmanın beynəlxalq arenada
tanınmasında göstərdiyi səylərə görə xüsusi mükafat verəcək.
Qeyd edək ki, Ronaldo yenidən 2014-cü il "Qızıl Top”un iddiaçıları sırasına düşüb. O, bu mükafatın ikiqat qalibidir (2008 və 2013).