
"Neftçi" ilə oyundan sonra futbolçularımız istirahətə buraxıldı. Martın 20-dən məşqlərimizi bərpa etdik. Görünən odur ki, oyunçularımız yaxşı istirahət etmişdilər. Həmin gündən indiyə qədər olan məşq planımız oyunla tamamlanmalı idi. Çempionatda yaranmış fasilə işimizə yaradı. Bundan maksimum yararlanmağa çalışdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra deyib. 39 yaşlı mütəxəssis oyundan razı qaldığını bildirib: "Çünki sürətli oyun gözləyirdik, elə də oldu. Futbolçularımız mübarizə apardılar".
Gənc baş məşqçi "Sabah"la keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXII tur matçına hazırlığa martın 26-dan başlayacaqlarını əlavə edib. Onun sözlərinə görə, həkimlər zədəlilərdən Voislav Stankoviçin komandaya qoşulacağına söz veriblər. Lakin bu, hələ yekun qərar deyil. Elvin Camalov və Rasim Ramaldanov isə bu həftə həkim nəzarətindən sonra komandaya qoşulacaqlar.
Qeyd edək ki, aprelin 1-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlanacaq.