
İspaniya La Liqasında X turun oyunları davam edir. Sportnet.az-ın məlumatına görə, "Land of fire Azerbaijan" formasını daşıyan "Atletiko" klubu təsnifat turunda "Kordoba" komandasını qəbul edib və rəqibini məğlubiyyətə uğradıb.
Maraqlıdır ki, qapılara vurulan 6 qoldan 5-i
ikinci hissədə qeydə alınıb. Bu qələbə sayəsində "Atletiko"
xallarının sayını 23-ə çatdırıb və liderlər qrupundakı mövqeyini qoruyub.
"Atletiko" - "Kordoba" 4:2
Qollar: Luso, 43 (avtoqol); Qrizmann, 58; Mandzukiç, 62; Raul Qarsiya, 80 - Gilas, 53, 87