
Qadınlardan ibarət Azərbaycan millisinin Estoniya ilə keçiriləcək yoldaşlıq oyununun hakim təyinatında dəyişiklik baş verib.
Sportnet.az xəbər verir ki, Rza Məmmədov zədəli olduğuna görə, Gülyana Özcan köməkçi-hakim funksiyasını yerinə yetirəcək. Görüşün baş hakimi isə FIFA referisi Əliyar Ağayev olacaq.
Qeyd edək ki, aprelin 6-da keçiriləcək qarşılaşma saat 12:00-da başlayacaq.