Futbol üzrə Azərbaycan I Divizionunda XXI tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. "Kəpəz" Gəncədə "Zirə-2" ilə qolsuz heç-heçə edib. "Neftçi-2" "Ağsu"nu 4:1 hesabı ilə darmadağın edib.
Turnir cədvəlinin lideri MOİK isə "Qarabağ-2" ilə üz-üzə gəlib. Qarşılaşma MOİK-in qələbəsi ilə başa çatıb - 2:1. "Qarabağ"ın futbolçusu Con Delarj da həmin görüşdə meydanda olub.
Qeyd edək ki, turun digər oyunları aprelin 5-də keçiriləcək.
4 aprel (cümə axşamı)
“Kəpəz” – “Zirə-2” - 0:0
Gəncə şəhər stadionu
“Neftçi-2” – “Ağsu” - 4:1
“ASK Arena”
MOİK - “Qarabağ-2” - 2:1
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu