Rusiyanın Samara şəhərində "Xalqlar dostluğu" adlı idman festivalı keçirilib.
Sportnet.az-ın məlumatına görə, milli ictimai təşkilatların yığma komandaları voleybol və futzal yarışlarında iştirak ediblər. Samara vilayətinin Azərbaycanlılar Liqasının sədri Şirvan Kərimov "Voljskaya Kommuna"ya açıqlamasında idmana böyük diqqət ayırdıqlarını bildirib: "Komandamız Məhəllə Futbolu Liqasında çıxış edir. Sonradan "Krılya Sovetov"un gənclərdən ibarət komandasına cəlb olunan Əmrah Nabatov futbol oynamağa bizim yarışdə başlayıb. Əsas komandada isə Ramil Şeydayevlə Aleksandr Səmədov öz oyunları ilə azarkeşləri sevindirirlər. Onların hər bir qolu azərbaycanlılara qarşı münasibəti müsbətə doğru dəyişdirir".
Qeyd edək ki, Ramil Şeydayev "Krılya Sovetov"da 2018-ci ilin avqustundan, Aleksandr Səmədov isə 2019-cu ilin yanvarından çıxış edir.