"Neftçi" və "Zirə" arasındakı Azərbaycan Premyer Liqasının XXIII tur matçında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, bu, flaqmanın 40-cı dəqiqədə hesabı açmasından sonra baş verib. Baqali Dabonun vurduğu qolun sevinci yaşandığı vaxt meydan sahiblərinin baş məşqçisi Roberto Bordin tribunada azarkeşlərin biri ilə söz savaşına çıxıb. Onun tribunaya tərəf getməsinin qarşısını köməkçiləri alıb.
Futbolçular isə qolu bugünlərdə ata olan Namik Ələskərova həsr ediblər. Az sonra Anton Krivotsyuk ikinci qolu vurub. Bu zaman Bordin də meydana girərək, onu təbrik edib. Futbolçuların qol sevinci yaşadıqları vaxt Krivotsyukun sifətindən qan açılıb. Ona ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, ilk yarıdan sonra "Neftçi" 2:0 hesabı ilə öndədir.