"Real”ın
portuqaliyalı futbolçusu Kriştiano Ronaldo La Liqa tarixində 79 illik rekordu qırmağı bacarıb.
Sportnet.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, liqada oynadığı
10 oyuna 17 qol vuraraq yeni bir rekord müəyyənləşdirib.
2014/2015
mövsümünə möhtəşəm başlayan 29 yaşlı futbolçu 10 həftəyə 17 qol vuraraq
1935/1936 mövsümündə 16 qol vuran Lanqaranın rekordunu təzələdi. Portuqaliyalı
ulduz daha öncə ilk 10 həftə ərzində 8 (2013/14), 11 (2012/13), 10 (2011/12), 11
(2010/11) və 5 (2009/10) qol vurmuşdu.
Qeyd edək ki, Ronaldo hələ ötən mövsüm Çempionlar Liqasında 17 qol vuraraq Messinin rekordunu qırmışdı.