
Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Lixtenşteyn yığması ilə keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.
Sportnet.az-ın əlumatına görə, qarşılaşma iyunun 6-da Eşen şəhərindəki "Sportpark Eşen-Mauren" stadionunda baş tutacaq.
Görüş Bakı vaxtı ilə saat 21:00 start götürəcək.
Qeyd edək ki, Azərbaycan komandası Lixtenşteynlə yanaşı Fransa, Slovakiya, İsveçrə və Gürcüstanla birlikdə 2-ci qrupda mübarizə aparacaq.