
AFFA-nın Futbol Akademiyasının inzibati binasında Lisenziyalaşdırma Qrupu tərəfindən Azərbaycan Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar təşkil olunub.
Sportnet.az xəbər verir ki, seminarda UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play Qaydaları (Buraxılış 2018), Maliyyə Fair Play Qaydaları üzrə yeni İT Solution proqramı haqqında yeniliklər müzakirə olunub.
Seminar iştirakçılarına nəzəri və praktik məşğələlər keçirilib, yeni İT Solution proqramı üzrə təqdimat olub.
Tədbirin sonunda klub nümayəndələri 2018-ci il maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.