"Yuventus" klubu A Seriyasının 33-cü turunda "Fiorentina"nı qəbul edib.
Sportnet.az xəbər verir ki, "Alyans Stadium"da baş tutan qarşılaşma turinlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı "Fiorentina" açıb. Ardınca Turin klubu iki qol vuraraq önə keçib.
Bu qələbə "Yuventus"un cari mövsümdə A Seriyasında çempionluğunu təmin edib.
Turin klubu qələbə sayəsində xallarının sayını 87-yə çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir. İkinci pillədə "Napoli" qərarlaşıb. Neapol təmsilçisi ilə Massimiliano Alleqrinin komandası arasında xal fərqi 20-dir. Çempionatın bitməsinə isə 6 tur qalıb.
Bu, "Yuventus"un ardıcıl 8-ci çempionluğu olub.