Rusiya Premyer Liqasında XXIV turun son oyunu Moskvada "Spartak" və "Yenisey" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Otkrıtiye Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 45+1-ci dəqiqədə Nikolay Rasskazov açıb. Matçda son nöqtəni isə 83-cü dəqiqədə əslən azərbaycanlı Ayaz Quliyev qoyub. Bu, klubun yenicə əfv etdiyi Quliyevin "Spartak"da ilk qolu olub.
Beləliklə, xallarını 39-a çatdıran "Spartak" 5-ci, 13 xala malik "Yenisey" isə sonuncu - 16-cı pillədə qərarlaşıb.