"Kayzer Çifs" klubunda çıxış edən afrikalı futbolçu Xama Billiat Cənubi Afrika Respublikası Kubokunun yarımfinalında baxımlıq qol vurub.
Sportnet.az xəbər verir ki, 28 yaşlı hücumçu "Çippa Yunayted"lə matçda uzaq məsafədən fərqlənib. Zimbabveli oyunçunun qoluna şərhçi emosional reaksiya verib. Nəticədə onun səsi batıb.
Qeyd edək ki, qarşılaşmada 4:2 hesablı qələbə qazanan "Kayzer Çifs" finala yüksəlib. Komanda həlledici matçda "TS Qelaksi" ilə üz-zə gələcək. 2018-ci ilin yayında "Mamelodi Sandaunz"da çıxış edərkən Xama Billiatı "Qarabağ" heyətinə qatmaq istəyib.