"Səbail" klubunun zədəli futbolçusu Maykl Essyenin durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədovandan Sportnet.az-a verilən məlumata görə, iki gündür məşq etməyən 37 yaşlı yarımmüdafiəçinin barmağı əzilib. Qanalı oyunçunun sabahdan etibarən məşqlərə başlayacağı ehtimal olunur.
Qeyd edək ki, Maykl Essyen "Səbail" klubu ilə ötən ay 1,5 illik müqavilə bağlayıb.