"Ötən mövsüm "Qəbələ"yə 2 qol vurdum. Amma bu, artıq tarixdir".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Səbail"in futbolçusu Fəhmin Muradbəyli deyib. 23 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXVI turunda evdə "Qəbələ" ilə matç haqqında da danışıb.
Muradbəyli bildirib ki, indi diqqəti qarşıdakı oyuna yönəldib məşqlərdə var gücləri ilə çalışmaqlı vacibdir: "Mövsümün çox vacib dövrüdür. Düşünürəm ki, bu mövsüm azarkeşlər üçün çox maraqlı keçir".