Hollandiyanın "Ayaks" klubu "Emmen"dən transfer etdiyi qapıçı Kyell Sxerpenlə 4 illik müqavilə bağlayıb.
Sportnet.az xəbər verir ki, Amsterdam təmsilçisi bu sözləşməni ilginc video ilə ictimaiyyətə çatdırıb. Hələ 12 yaşında ilən "Ayaks"ı tənqid edən Sxerpen bu komandanın ünvanına təhqiramiz mesajlar yazmaqdan da çəkinməyib. Ona görə də 19 yaşlı qolkiper yüz dəfələlərlə "Ayaks" Hollandiyanın ən gözəl klubudur" sözləri yazdırılıb.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasında yarımfinala yüksələn "Ayaks" finala adlamaq üçün İngiltərə "Tottenhem"ini də üstələməlidir.