
"Barselona" klunu tarixində 26-cı dəfə İspaniya çempionu olub.
Sportnet.az-ın məlumatına görə, Kataloniya təmsilçisi buna La Liqanın XXXV turunda "Levante"yə 1:0 hesablı qələbə sayəsində nail olub. Yeganə qolu 62-cı dəqiqədə Lionel Messi vurub.
Bununla da xallarını 83-ə çatdıran "Barsa" ötən mövsümkü nailiyyətini təkrarlayıb. Hazırda Çempionlar Liqasında da mübarizəni davam etdirən klub yarımfinalda İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək.