
Avro-2016-nın seçmə
mərhələsi çərçivəsində Norveç
yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası Bakıda təlim-məşq
toplanışını davam edir. Sportnet.az-ın məlumatına görə, toplanış çərçivəsində
milli komanda ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən
"Qarabağ”a dəstək olacaq.
Milli komandanın üzvləri noyabrın 6-da, saat 21:00-da Tofiq Bəhramov adına
Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Dnepr” (Ukrayna) qarşılaşmasını
stadiondan canlı izləyəcək.
Qeyd edək ki, Azırbaycan - Norveç matçı noyabrın 16-ı saat 21:00-da "Bakcell Arena”da keçiriləcək.